TİBBİ-METEOROLOJİ PROQNOZLAR ÜÇÜN METODİK VƏSAİT


U.Tağıyeva., C.Əhmədova

Azərbaycan və ingilis dilində nəşr olunan bu kitabda qlobal iqlim dəyişmələri şəraitində atmosferin tərkibində və sirkulyasiyasında baş verən dəyişikliklərin, anomal və təhlükəli  hidrometeoroloji hadisələrin, o cümlədən “isti hava dalğalarının” davamiyyəti və təkrarlanmasının artması ilə  insanların  əlverişsiz meteoroloji şəraitə qarşı həssaslığının    yüksəlməsi diqqətə çatdırılır.  Yeni nəşr bu baxımdan əhalini və müvafiq təşkilatları  tibbi-meteoroloji proqnoz və xəbərdarlıqlarla təmin etməklə əlverişsiz hava şəraiti ilə bağlı qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə və yarana biləcək risklərin yumşaldılmasına  yardımçı ola bilər.

Metodik vəsait meteoroloji xidməti həyata keçirən qurumlarda tibbi-meteoroloji proqnoz və xəbərdarlıqların tərtib edilməsində  istifadə üçün nəzərdə tutulub.