
Avropanın sosial-iqtisadi inkişaf səviyyəsinə görə seçilən ölkəsinin - Fransanın coğrafiyasına həsr edilmiş bu kitab Azərbaycan dilində ilk dəfə təqdim olunan iri həcmli dərs vəsaitidir. Kitab – Fransanın coğrafi mənzərəsini əks etdirir. Avropa Şurasına bərabərhüquqlu üzv kimi daxil olan Azərbaycan Respublikasının Avropaya inteqrasiyası baxımından regionun ən inkişaf etmiş ölkələrindən birinin iqtisadi-coğrafi səciyyəsi böyük əhəmiyyət daşıyır. Dərs vəsaitindən coğrafiya, regionşünaslıq və beynəlxalq münasibətlər sahəsində ixtisaslaşan bakalavr və magistrlər, eləcə də geniş oxucu kütləsi istifadə edə bilər.
Bakı: Mütərcim, 2013, 164 s.