QUBA-XAÇMAZ İQTİSADİ RAYONU


İmrani Z.T.

Kitabda Quba-Xaçmaz iqtisadi rayonunda təbii sərvətlərin yayılması, istifadəsi və mühafizəsi məsələləri təhlil olunmuş, əhalinin və istehsalın ərazi təşkilində baş verən problemlər və onların aradan qaldırılması yolları müəyyən edilmiş, istifadə edilmiş materialların müxtəlif səpkidə (coğrafi, iqtisadi, ekoloji, sosial və s.) təhlili aparılmışdır. Kitabda bazar münasibətlərinin formalaşdığı bir dövrdə ilk dəfə olaraq Quba-Xaçmaz iqtisadi rayonunun inkişaf xüsusiyyətlərinin iqtisadi və sosial-coğrafi məsələləri, ərazinin formalaşmasına və inkişafına təsir edən amillər, təbii şəraitin əsas xüsusiyyətləri ilə yanaşı istehsal sahələrinin ərazi təşkili təhlil edilmişdir. 

Bakı. Elm, 2007, 172 s.