
Neotektonikanın öyrənilməsinin şərhində müəllif həmin mərhələnin başlanğıcının müəyyən edilməsinə dair mübahisəli rnəsəbyə öz münasibətini bildirir. O, ərazinin yeni tektonik hərəkətlərinə aid əsas göstəriciləri şərh etınəklə həmin hərəkətlərin tarixini işıqlandırır. Müəllif burada müasir relyefin inkişafı və formalaşması tarixində ayrı-ayrı hadisələrin səbəb-nəticə əlaqəsini aşkar edir və neotektonik mərhələnin başlanğıcını oliqosen hesab edir.