Monoqrafiya respublika daxilində aparılmış geomorfoloji tədqiqatları ümumiləşdirən ilk əsərdir. Toplanmış faktik materiallar Böyük və Kiçik Qafqazın, Kür-Araz düzənliyinin Azərbaycan hissəsində relyefin formalaşması və inkişaf tarixi haqqında bir sıra mühüm məsələlərə aydınlıq gətirir. Bundan başqa işdə geomorfoloji rayonlaşmaya, dəniz və çay terraslarının müqayisəsinə, düzəlmə səthlərinin yaşının təyininə, ən yeni tektonik hərəkətlərin öyrənilməsinə dair bir sıra məsələlərə baxılır. Allüvial, allüvial-prolüvial düzənliklər və ovalıqlar daxilində mezo və mikro relyef formalarının təsvirinə böyük diqqət yetirilir.
Monoqrafiyaya Azərbaycanın geomorfoloji xəritəsi əlavə edilir.