Lənkəran təbii vilayəti çaylarının su ehtiyatları və səmərəli istifadəsi

2023
Ziyafət Ağayev

Monoqrafiyada müxtəlif üsullardan istifadə etməklə Azərbaycan Respublika ərazisinin cənub-şərqində yerləşən Lənkəran təbii vilayətinin çaylarının axımın əmələgəlmə şəraiti, çoxillik tərəddüdləri təhlil edilib, antropogen amilləri və müasir iqlim dəyişmələrinin regional təzahürlərini nəzərə almaqla onların su ehtiyatları və ekoloji axım kəmiyyətlərinin qiymətləndirilməsi ilə yanaşı onlardan səmərəli istifadə yolları müəyyən olunub.

Monoqrafiya bu sahədə fəaliyyət göstərən mütəxəsislərlə yanaşı, müvafiq istiqamətdə təhsil alan doktorantlar, magistrantlar və bakalavrlar üçün də faydalı ola bilər.