Qarabağ və Şərqi Zəngəzurun coğrafiyası: təbii-coğrafi şərait və sosial- iqtisadi inkişaf potensialı

2021
Baş redaktoru, c.e.d. Zakir Eminov, Redaksiya Heyəti: İnstitutun 12 alimi

“Qarabağ və Şərqi Zəngəzurun coğrafiyası: təbii-coğrafi şərait və sosial- iqtisadi inkişaf potensialı” adlı kitab İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun baş redaktorluğu, İnstitutun 12 alimindən ibarət redaksiya heyətinin  iştirakı ilə nəşr olunub.

İnstitut kollektivinin birgə əməyinin nəticəsi olan, 10 fəsli əhatə edən monoqrafiya Azərbaycanın tarixi-coğrafi bir hissəsi olan Qarabağ və Şərqi Zəngəzur ərazisinin coğrafi mövqeyinin təbii şəraitə və sosial-iqtisadi inkişafa təsirini, müasir fiziki və iqtisadi-coğrafi problemlərini, eləcə də öyrənilməsi tarixi və toponimikasını ətraflı işıqlandıran fundamental və tətbiqi xarakter daşıyan elmi əsərdir.

Çoxsaylı xəritə, şəkil, qrafik və faktiki statistik materialların qarşılıqlı müqayisəli təhlili nəticəsində hazırlanmış cədvəllərin əksini tapdığı kitabda ərazisinin geoloji quruluşu, paleocoğrafiyası, relyefi və əsas oroqrafik vahidləri ətraflı araşdırılıb, relyefinin əsas xüsusiyyətləri və ekogeomorfoloji qiymətləndirilməsi aparılıb, oroqrafiyası, geoloji-geomorfoloji quruluşu, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi, landşaft müxtəlifliyi geniş təhlil edilib.

Əsər dövlət təşkilatlarının mütəxəssisləri, elmi işçilər, ali məktəblərin professor-müəllim heyəti, bakalavr, magistr, doktorantları və eləcə də  geniş oxucu kütləsi üçün nəzərdə tutulub.