Monoqrafiyada Böyük və Kiçik Qafqazın şərq hissəsinin dağlıq zonalarının və ətraf ərazilərinin morfostruktur quruluşu kosmik şəkillərin deşifrlənməsi və çöl tədqiqatları əsasında analiz edilir. Ümumqafqaz və köndələninə yayılma istiqamətli morfostrukturların inkişafı və morfotektoniki xüsusiyyətlərinin formalaşması baxılır. Kitab coğrafiyaçılar, geoloqlar, o cümlədən Universitetin coğrafiya və geologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulub.
Azərbaycanın dağlıq zonalarının və ətraf ərazilərinin morfostruktur quruluşu (kosmik şəkillərin deşifrlənmə materialları əsasında), Bakı, Elm, 1998, 248 s.
Müəllif - Əlizadə E.K.