Kür-Araz ovalığında təbii-dağıdıcı hadisələrin məskunlaşmaya təsiri

2018
C.ü.f.d. Sima Əliyeva

İnstitutun elmi işçisi, c.ü.f.d. Sima Əliyevanın müəllifliyi, c.e.d., professor Neron Babaxanovun redaktorluğu ilə çıxan “Kür-Araz ovalığında təbii-dağıdıcı hadisələrin məskunlaşmaya təsiri” adlı kitabda  məskunlaşma vahidlərinin davamlı inkişafı və təsərrüfat sahələrinin fəaliyyətinin təmin edilməsi üçün Kür-Araz ovalığında baş verən təbii-dağıdıcı hadisələrin yayılma arealları və intensivliyi, onların baş vermə səbəbləri, təkrarlanması və dağıdıcı gücü, dəyən ziyanların azaldılması, qabaqlayıcı və mühafizə-müdafiə tədbirlərinin görülməsi haqqında məlumat verilir.

 Əsər iqtisadi coğrafiya ixtisası üzrə təhsil alan ali məktəb tələbələri  və müəllim heyəti, bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024