AZƏRBAYCANIN ARİD REGİONLARINDA TƏBİİ-TƏSƏRRÜFAT SİSTEMLƏRİNİN
TƏŞKİLİ VƏ İDARƏ OLUNMASI
Müstəqillik illərində Azərbaycanda aparılan iqtisadi islahatların əsas istiqaməti regionların inkişafına yönəldilmişdir. Onların həyata keçirilməsi prosesində mövcud təsərrüfat obyektlərinin fəaliyyətinin bərpa edilməsi ilə yanaşı, təbii şərait və təbii ehtiyat potensialından istifadə etməklə yeni istehsal və xidmət müəssisələri yaradılır, sosial-mədəni obyektlər və nəqliyyat-kommunikasiya şəbəkəsi müasir tələblər səviyyəsində yenidən qurulur.
Regionların təbii-landşaft potensialının mühafizəsi, torpaq-bitki örtüyünün ekoloji tarazlığının qorunması, biomüxtəlifliyin saxlanılması Milli parkların potensialından istifadə edilməsi vacib vəzifələr kimi qarşıda durur. Bunlar qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına müsbət təsir göstərən amillərdəndir.
Həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, elmi yeniliklərin innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialından daha səmərəli istifadə edilməsi, gələcəkdə yerinə yetiriləcək tədbirlərin təsərrüfatın və əhalinin səmərəli ərazi təşkilində rolunun öyrənilməsi alimlər qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətlərdə məsələlərin müzakirə edilməsi məqsədilə 2018-ci ilin oktyabrında Ağdaş şəhərində Azərbaycan Coğrafiya Cəmiyyətinin “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfransının keçirilməsi nəzərdə tutulur.
Konfransın əsas bölmələri aşağıdakılardır:
Məqalələr aşağıdakı qaydalar əsasında tərtib edilməlidir:
Qeyd: Konfransın materialları komissiya tərəfindən seçiləcək və AMEA Coğrafiya İnstitutunun “Coğrafiya və təbii resurslar” jurnalının xüsusi buraxılışı kimi nəşr ediləcəkdir. Konfransın mövzusuna uyğun gəlməyən və elmi məzmunu zəif olan məqalələr nəşr edilməyəcək.
Məqalələr 01 oktyabr 2018-ci il tarixinə kimi qəbul edilir (AMEA Coğrafiya İnstitutu, 827-ci otaq. Tel: 012 539 33 61, 050 590 43 88 (Eminov Zakir N). E-mail: [email protected].
Təşkilat komitəsi