Beynəlxalq İslam Ölkələri Elm və Okeanografik Texnologiya Şəbəkəsi (Inter-Islamic Science and Technology Network on Oceanography) və Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə 12-14 may 2018-ci il tarixində Bakı şəhərində "Daxili Su Hövzələrinin Problemlərinin: Xəzər Dənizi Hövzəsinin Tematik Öyrənilməsi" mövzusunda Beynəlxalq konfrans keçiriləcək.
Konfrans “İqlim dəyişmələrinin təsiri ilə Holosen dövründən indiyə kimi Xəzər Dənizi Səviyyə Tərəddüdlərinin Dəyişmə Dinamikası: Regionun Ekologiyasına və İqtisadi-Sosial Vəziyyətinə Təsiri” mövzusunda beynəlxalq layihənin başlanğıc mərhələsidir və Xəzər dənizi, Aral dənizi, Urmiya və Van göllərinin öyrənilməsində beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə çox böyük önəm daşıyır.
Konfransın Mövzuları:
İqlim dəyişmələrinin səviyyə tərəddüdlərinə, bio-resurslara, bio-müxtəlifliyə, dənizin invaziv növlərinə təsiri, ekologiya və ərzaq şəbəkəsi: indiki zaman və gələcək.
Keçiriləcək yer: Azərbaycan Respublikası. Bakı şəh. Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu.
Əsas tarixlər: 2018-ci il martın 15-dək konfransda əyani iştirakın təsdiqi və məqalələrin təqdim edilməsi. Məqalələrin tərtibi qaydaları ilə daha ətraflı buradan (http://www.upcm2018.org/abstract-submission.html ) məlumat ala bilərsiniz.
İştirak qaydalarını buradan : (http://www.upcm2018.org/index.html) əldə etmək olar.
Konfransın dili: ingilis dili
Konfransdan seçilmiş məqalələrin reytingli jurnallarda çapı nəzərdə tutulub.
Konfransda iştirak üçün məqalələrinizi mümkün qədər tez aşağıdakı elektron ünvanlara yollamanız xahiş olunur.
Azərbaycan vətəndaşları üçün: Səfərov Elnur Səid oğluna; [email protected]
Xarici ölkə vətəndaşları üçün: Mustafa Ergün; [email protected]
Harun Güçlüsoy [email protected]
Hörmətlə,
Konfransın Təşkilatı Komitəsinin sədri,
akademik Ramiz Mahmud oğlu Məmmədov