İyunun 16-17-də, saat 10:00-da Lənkəran Dövlət Universitetində akademik H.Ə.Əliyevin 110 illiyinə həsr olunmuş “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilcək.
Tədbir AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Lənkəran Dövlət Universiteti və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq.
Konfransda torpaqlardan səmərəli istifadə və onların ekocoğrafi problemləri, sosial-iqtisadi və demoqrafik problemlər, iqlim və aqroiqlim ehtiyatları, çayların minimal axımının çoxillik tərəddüdləri, Azərbaycanın günəş enerjisi modeli, zəlzələlərin torpaqlara ekoloji təsiri, torpaq - bitki örtüyünün səth sularının formalaşmasında rolu, turizm təsərrüfatının inkişafında iqlim amilinin rolu, ərzaq təhlükəsizliyinin aradan qaldırılması yolları və s. mövzularda təqdimatlar olacaq.
Tədbirin sonunda bölmə sədrlərinin konfrans haqqında hesabatı dinləniləcək, qərar layihəsi qəbul ediləcəkdir.