“Qlobal iqlim dəyişikliyi və Azərbaycanın müasir ekosistemi” mövzusunda Respublika elmi konfransı keçiriləcək 08.04.2024

                                                                                                                             

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ FAKÜLTƏSİ

2024-cü il 16 və 17 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Qlobal iqlim dəyişikliyi və Azərbaycanın müasir ekosistemi” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.


Konfransın bölmələri:
1. Qlobal iqlim dəyişikliyi üzrə ekokimyəvi tədqiqatlar
2. Qlobal iqlim dəyişikliyi üzrə ekocoğrafi tədqiqatlar
3. Qlobal iqlim dəyişikliyinin Azərbaycanın biomüxtəlifliyinə təsiri
4. Qlobal iqlim dəyişikliyinin Azərbaycanın torpaq örtüyünə təsiri
5. Azərbaycanın müasir ekosisteminin yaxşılaşdırılmasının həlli yolları
6. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının müasir ekosistemi
7. Yaşıl iqtisadiyyat və davamlı inkişaf
8. Yaşıl təhsil və davamlı öyrənmə
9. Bərpa olunan və yaşıl enerji
10. Ağıllı kəndlər və şəhərlər
11. Torpaqların münbitliyinin müasir problemləri
12. Torpaqların kadastrı, monitorinqi və səmərəli istifadəsinin müasir problemləri


Konfrans materiallarının hazırlanmasına qoyulan tələblər.
▪ Mətn Times New Roman, 12 şrift (pt) və 1 intervalla A5 (2 səhifədən çox olmamaqla) formatda yığılır;
▪ Boş yerlər: hər tərəfdən 1,5 sm məsafə;
▪ Şəkillərin adları aşağı mərkəzdə, cədvəllərin adları isə yuxarı sağ kənarda qeyd olunmalı;
▪ Ədəbiyyat siyahısı və xülasə olmamalı;
▪ Müəlliflərin adı və soyadı açıq şəkildə qeyd olunmaqla, məruzəçinin adının altından xətt çəkilməli, e-mail ünvanı və mobil nömrəsi göstərilməli;
▪ Tezisin aid olduğu bölmənin adı qeyd olunmalı.


Konfransın istiqamətinə, tərtibat qaydalarına uyğun olmayan və antiplagiat yoxlamasından keçməyən tezislər qəbul edilməyəcəkdir.


N Ü M U N Ə
Antropogen-texnogen çirklənmə şəraitində
bitən bitkilərin ekoloji xüsusiyyətləri
Rahil Həsənov, Təranə Qurbanova
Bakı Dövlət Universiteti
e-mail ünvan, mobil telefon


M Ə T N


Tələbata uyğun hazırlanmış tezislər 30 aprel 2024-cü il tarixinə kimi [email protected] ünvanına göndərilməlidir.

Əlaqə telefonu: (012) 538 – 62 – 26


TƏŞKİLAT KOMİTƏSİ

Konfrans məlumat.pdf