24 yanvar saat 1100 -da Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti Elmi Seminarı keçiriləcək. İclasın gündəliyində “Paleocoğrafiya” şöbəsinin a.e.i., g.-m.ü.f.d., dos. Rəşid Fətəliyevin “Azərbaycanın bazalt sütunları və onların geoturizm əhəmiyyəti” mövzusunda məruzəsi dinləniləcək.