"Davamlı inkişaf strategiyasi: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər" II Beynəlxalq Elmi Konfrans keçiriləcək. 05.10.2023

DAVAMLI İNKİŞAF STRATEGİYASI: QLOBAL TRENDLƏR, MİLLİ

TƏCRÜBƏLƏR VƏ YENİ HƏDƏFLƏR

II Beynəlxalq Elmi Konfrans

Konfransın məqsədi: Davamlı iqtisadı inkişafın qlobal trendləri, ekoloji dayanıqlığın təmini, sosial- iqtisadi inkişaf hədəflərinin dayanıqlı inkişaf məqsədləri ilə uyğunluğu, dördüncü sənaye inqilabından irəli gələn reallıqlar, regionların tarazlı inkişafı, davamlı eneıji təminatı, postkonflikt dövründə müasir tendensiyalar, keyfiyyətli təhsil sahəsində milli və beynəlxalq təcrübələr, yüksək rifah cəmiyyəti və digər mövzularda həyata keçirilən tədqiqatların əsas nəticələrinin təqdim olunması, elmi diskussiyaların aparılması və təklif olunan müvafiq həll mexanizmlərinin müzakirəsi.

Konfransın ideyası: Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “Dünyamızın transformasiyası: 2030-çu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, eləcə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial- iqtisadi inkişaf Strategiyası” və digər milli və beynəlxalq strateji sənədlərdən irəli gələn vəzifələrin icrasına töhfə verilməsi.

Konfransın təşkilatçıları: Mingəçevir Dövlət Universiteti (Azərbaycan), Qazi Universiteti (Türkiyə, TBC), Ankara Hacı Bayram Veli Universiteti (Türkiyə), Mikolas Romeris Universiteti (Litva), Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Ukrayna, TBC), Qırğız İqtisad Universiteti (Qırğız Respublikası), Abay adma Qazaxıstan Milli Pedaqoji Universiteti (Qazaxıstan, TBC).

Konfransın tərəfdaşları: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (TBC), Mingəçevir Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Universitetlər Assosiasiyası (TBC)

Konfransın keçirilmə tarixi: 8-9 dekabr 2023-cü il

Konfransın evsahibi: Mingəçevir Dövlət Universiteti

Konfransın keçirilmə məkanı: Mingəçevir şəhəri, Azərbaycan

Konfransm işçi dilləri: Azərbaycan, türk, ingilis, rus.

Konfransın keçirilmə forması: Hibrid (ənənəvi və virtual)

 

Konfransm əsas mövzuları:

Davamlı iqtisadi inkişaf strategiyası

  • Davamlı inkişaf və yüksək iqtisadi artım
  • Qeyri-eneıji sektorunun davamlı inkişaf .meyilləri
  • Regionların davamlı inkişafı
  • Turizmin davamlı iqtisadi inkişafda artan rolu
  • Ölkələrarası iqtisadi əməkdaşlıqda yeni trendlər

 

Keyfiyyətli təhsil

  • Innnovativ təhsil
  • Müasir tədris texnologiyaları
  • Ali təhsildə yeni trendlər

 

Dördüncü sənaye inqilabı

  • Rəqəmsallaşma və innovasiya cəmiyyəti
  • İnformasiya təhlükəsizliyi
  • Süni intellekt
  • Ağıllı şəhər konsepsiyası

 

Yaşıl enerji

  • Müasir eneıji texnologiyaları
  • Bərpa olunan eneıji
  • Postkonflikt ərazilərdə yaşıl enerji zonaları
  • Avropa eneıji təhlükəsizliyində Azərbaycanın artan rolu

 

Təmiz ətraf mühit

  • Ekoloji tarazlıq
  • Ekoloji təmiz texnologiyalar
  • “Yaşıl kimya” konsepsiyası
  • Ətraf mühitin mühafizəsində qlobal səylər

 

Postkonflikt inkişaf çağırışları

  • Qarabağ Zəfəri və Azərbaycanın uğur modeli
  • İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış və dayanıqlı məskunlaşma konsepsiyası
  • Zəngəzur dəhlizi — beynəlxalq nəqliyyat daşımalarında yeni imkanlar
  • Qarabağın turizm potensialı

 

Humanitar elmlərdə yeni tendensiyalar

  • Sosial-humanitar elmlərin müasir cəmiyyət üçün əhəmiyyəti
  • Müasir-fəlsəfi baxışlar və davamlı inkişaf konsepsiyaları
  • Multidisiplinar elmi tədqiqatların davamlı inkişafda rolu
  • Multikulturalizm, mədəniyyətlərarası dialoq
  • Dünyanın müasir dil mənzərəsi: sosial və linqvistik məsələlər 

 

Türk dünyası

  • Müasir türk dünyasının ümumi mənzərəsi
  • Türk Dövlətləri Təşkilatı
  • Türkdilli ölkələr arasında çoxvektorlu əməkdaşlıq imkanları

 

Konfrans materiallarını tərtibat qaydaları və tələblər

Mətn A4 formatında (210x297 mm), MS Word proqramında Times New Roman şrifti ilə yığılır {hərflərin ölçüsü -12; sətirlərarası interval - 1,5; boş sahələr - hər tərəfdən 2 sm);

konfrans materialının (məqalə və ya tezislərin) mətni 3-4 səhifə həcmində olmalıdır;

mərkəzdə konfrans materialının adı (qalın şriftlərlə); müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı; ökənin adı; işlədiyi və təhsil aldığı müəssisənin (doktorant və dissertantlar üçün) adı (kursivlə); e-ünvanı; telefon nömrəsi yazılmalıdır;

ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və Ali Attestasiya Komissiyasının tələblərinə uyğun göstərilir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [3, s.48-57], [2]).

Məqalənin (tezislərin) konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfinawn müəyyənləşdiriləcəkdir. Zərurət yarandıqda bölmənin irad və qeydləri əsasmda məqalənin (tezisin) yenidən göndərilməsi istəniləcəkdin Bölmənin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə (tezislər) konfrans materiallarına daxil edilməyəcəkdir.

Materiallar antiplagiat proqramı ilə yoxlanılacaq. Konfrans materialları toplu şəklində çap olunacaqdır.

Təqdim edilmiş məqalə və tezislər geri qaytarılmır.

Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir konfrans materialı qəbul edilir.

 

Konfrans materialı (məqalə və tezislər) 20 noyabr 2023-cü il tarixindən gec olmayaraq elektron formada aşağıda göstərilən ünvana göndərilməlidir: konfrans@,mdu.edu.az

Əlaqələndirici şəxs:

Vüqar Mustafayev (məsul katib) Tel.: (+994 55) 289 12 66