Görkəmli geoloq-alim əməkdar elm xadimi akademik Vasif Babazadənin
anadan olmasının 85 illik yubileyinə həsr olunmuş
“GEOLOGİYA: NƏZƏRİYYƏ VƏ PRAKTİKANIN VƏHDƏTİ”
mövzusunda respublika elmi konfransı keçiriləcəkdir
Konfrans 2023-cü il 19-20 dekabr tarixində Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin təşkilatçılığı ilə keçiriləcəkdir.
Konfransda geologiya, geokimya, geofizika, geoekologiya, hidrologiya, meliorasiya, geodeziya və kartoqrafiya istiqamətləri üzrə alim və mütəxəssislər iştirak etməyə dəvət olunur.
Konfrans üçün tezislər azərbaycan, ingilis və rus dillərdən birində yazıla bilər və 20 noyabr 2023-cü il tarixinədək qəbul ediləcəkdir.
Qəbul edilmiş konfrans materialları antiplagiat proqramı vasitəsi ilə yoxlanılacaqdır.
Tezislər aşağıdakı qaydalara uyğun tərtib edilməlidir:
Materiallara olan tələblər
Mətnin formatı: Microsoft Word (*doc, *docx)
Səhifənin formatı: A4 (210x297mm);
Oriyentasiya: kitab;
Sahələr: (yuxarı, aşağı, sol, sağ): 2 sm;
Materialın həcmi: 4 səh.
Materialın tərtibatı
Tezislərin içində mətnin yeri və quruluşu
Tezisin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift -12) ;
Müəllifin S.A.A. (tam) (kiçik hərflər, qalın şriftlə, ortada, şrift - 10);
Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, ortada, şrift - 10);
İş (təhsil) yeri (kiçik hərflər, ortada, şrift - 10);
Qeyd: Bu məlumatlar tezisin yazıldığı dildə göstərilir.
Müəlliflərin e-mail ünvanı (ortada);
Xülasə 150 sözdən artıq olmamalıdır (şrift – 10).
Açar sözlər: açar sözlərin sayı 5-dən artıq olamamalıdır (şrift - 10).
Məruzənin əsas mətni (şrift 12, sətirlərarası interval - 1, paraqraf abzası – 1, 25 sm);
Ədəbiyyat siyahısı: məqalənin sonunda “İstifadə olunmuş ədəbiyyat” adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11).
Ədəbiyyat / References tərtibi üçün nümunə:
Materialı müraciət ərizəsi ilə birlikdə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
MÜRACİƏT ƏRİZƏSİNİN FORMASI
Müəllifin S.A.A. (tam); | |
Status (elmi dərəcə, elmi ad, vəzifə: doktorant, dissertant, magistrant, bakalavr) | |
İş (təhsil) yeri | |
Əlaqə telefonu | |
| |
Məqalənin adı | |
Bölmənin adı |