MDU-də Ümummilli lider Heydər Əliyevə həsr olunmuş konfrans keçiriləcək 27.02.2023

2023-cü il 5-6 may tarixlərində Mingəçevir Dövlət Universitetində Heydər Əliyev ilinə həsr olunan “Heydər Əliyev - 100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda Respublika Elmi Konfransı keçiriləcəkdir.

Arzu edənlər dəvət olunurlar. 

Konfransa aşağıdakı istiqamətlər üzrə məqalə və tezislər qəbul edilir:

  1. Heydər Əliyev müasir Azərbaycanın memarıdır
  2. Heydər Əliyev və müasir dövlətçilik tariximiz
  3. Heydər Əliyev və Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması
  4. Azərbaycanda sosial həmrəyliyin əsasını qoyan Ümummilli Lider
  5. Heydər Əliyev və milli Konstitusiyanın təntənəsi
  6. Heydər Əliyev və tarixi qələbələrimizin strateji əsasları
  7. Milli-mənəvi dəyərlərin qorunmasında Heydər Əlyevin xidmətləri
  8. Heydər Əliyev və dövlət-din münasibətləri
  9. Heydər Əliyev: multikulturalizm və tolerantlıq İdeologiyası
  10. Heydər Əliyev və Azərbaycan dilinin müasir inkişaf tendensiyaları
  11. Heydər Əliyev və Azərbaycanın xarici siyasət strategiyası
  12. Heydər Əliyev və Azərbaycan ədəbiyyatının intibahı
  13. Heydər Əliyev - Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin böyük himayədarı
  14. Heydər Əliyev milli iqtisadi inkişaf strategiyasının müəllifidir
  15. Heydər Əliyev və neft sektorunun inkişafı
  16. Heydər Əliyev və milli sənaye-energetika kompleksinin inkişafı
  17. Azərbaycanın dünya birliyinə inteqrasiyasında Heydər Əlyevin tarixi rolu
  18. Heydər Əliyev və türk dünyasının yüksəlişi
  19. Ordu quruculuğunda Ulu öndərin tarixi rolu
  20. Heydər Əliyev irsi və Azərbaycan gəncliyi
  21. Gənclərin vətənpərvərlik tərbiyəsi və Heydər Əliyevin zəngin irsi
  22. Heydər Əliyev - Tarixi Zəfərə aparan siyasətin banisi

 

Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilərlər.

Konfrans materialları toplu şəklində çap olunacaqdır.

 

MƏQALƏ VƏ TEZİSLƏRİN TƏRTİBİNƏ QOYULAN TƏLƏBLƏR:

  • məqalə və tezislər Azərbaycan, türk, İngilis və rus dillərindən birində təqdim olunur;
  • mətn A4 formatında (210x297 mm), Times New Roman şrifti ilə yığılır (şriftin ölçüsü - 12 pt; sətirlərarası interval -1 sm; abzas -1 sm; boş sahələr - hər tərəfdən 2 sm);
  • məqalə və ya tezisin həcmi 5 səhifədən artıq olmamalıdır;
  • ilk sətirdə mərkəzdə tezisin adı (böyük hərflərlə, qalın şrift ilə), növbəti sətirlərdə müəllifin adı, atasının adı və soyadı (tam açıq şəkildə, kiçik hərflərlə, qalın şrift ilə), elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvan və əlaqə telefonu yazılmalıdır (bax: Nümunə 1);
  • istifadə edilmiş ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir (istinad olunan ədəbiyyatın nömrəsi mətndə kvadrat mötərizədə göstərilir: məsələn, [2]).

Məqalə və ya tezisin konfrans materiallarına daxil edilməsi Təşkilat Komitəsinin müvafiq qərarı ilə müəyyən ediləcəkdir. Zərurət yarandıqda Təşkilat Komitəsinin irad və qeydləri əsasında müəllif tərəfindən məqalə və ya tezis üzərində düzəliş edilərək təkrar göndərilməsi nəzərdə tutulur. Təşkilat Komitəsinin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə və ya tezis konfrans materiallarına daxil edilməyəcəkdir.

Konfransa təqdim edilmiş məqalə və tezislər geri qaytarılmır.

Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ile yalnız bir məqalə və ya tezis qəbul edilir.

Məqalə və tezislər 20 aprel 2023-cü il tarixindən gec olmayaraq elektron variantda aşağıdakı ünvana göndərilməlidir:

 

konfrans®mdu.edu.az

Məsul katib: Vüqar Mustafayev

Əlaqə telefonu: (+99455) 289 12 66

 

Nümunə

MƏQALƏ VƏ YA TEZİSİN ADI

Adı Atasının adı Soyadı (tam açıq şəkildə) elmi dərəcəsi, elmi adı

işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı elektron poçt ünvanı əlaqə telefonu

Əsas mətn Əsas mətn [2] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [7] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [1] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [5] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [3] Əsas mətn Əsas mətn Əsas mətn [6] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [4] Əsas mətn Əsas mətn

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024