Gəncədə Beynəlxalq elmi konfrans keçiriləcək. 15.03.2022

06-07 may 2022-ci il tarixində Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

 Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:

  • Müasir kimyanın aktual problemləri;
  • Müasir biologiyanın aktual problemləri;
  • Müasir iqtisad elmlərinin aktual problemləri
  • Müasir fizikanın aktual problemləri.

 Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

İştirakla bağlı məlumat və məqalə elektron formada 15 aprel 2022-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail: [email protected]

Konfransın təqvimi

Məqalələrin göndərilməsi üçün son tarix                     15 aprel

Çap olunmuş məqalələr məcmuəsinin paylanması       06 may    

Konfransın təntənəli açılış mərasimi                           06 may

Bölmə iclasları                                                         06-07 may

Konfransın bağlanış mərasimi                                    07  may

 FORMA 1. Məqalənin tərtibi qaydaları

  1. Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətrə keçirilmədən yığılmalıdır.
  2. Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
  3. Xülasə: Azərbaycan, rus, ingilis dili.
  4. Konfransa problem xarakterli məqalələr qəbul olunur.
  5. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs:J2] və ya [2, səh. 14-15],

 Materialların strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə;
  3. Təşkilat və şəhərin adı adi şriftlə;
  4. Hər bir müəllifin adına bir məqalə olmalıdır.

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.

Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.

E-mail: [email protected], (+99422) 266 01 88.