“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi Zəfər Gününə həsr olunmuş “Gənc Tədqiqatçıların Elmi Məqalələr Toplusu” jurnalına məqalə qəbulu elan edir.
Məqalələrin yazılmasına tələb olunan qaydalar və şərtlər:
- Məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul olunur.
- Məqalənin adı altında müəllifin adı, soyadı, fəaliyyət göstərdiyi və ya təhsil aldığı müəssisə və email ünvanı göstərilməlidir.
- Məqalənin sonunda 3 dildə xülasə (məqalənin adını yazmaq şərtilə) və açar sözlər verilməlidir və hər 3 dildə yazılmış xülasələr məzmunca eyni olmalıdır.
- Məqalələr Word Document fayl şəklində; Arial 13 şrifti ilə, 1 intervalla yazılmalıdır.
- Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir. Nümunə: Axundov. A. (2003). Dil və ədəbiyyat. Bakı: Gənclik.
- Mətnin içində istinadlar müəllifin soyadı, əsərin nəşr ili, səhifəsi ardıcıllığı ilə verilməlidir. Nümunə: (Axundov, 2007: 114).
- Məqalə bir və ya bir neçə müəllif tərəfindən yazıla bilər.
- Məqalənin həcmi verilmiş qaydalar çərçivəsində minimum 3 səhifə olmalıdır.
- İstinadlar müəllifin adı yazılmaqla kitabın adı, çap olunduğu nəşriyyat, il və səhifə göstərilməklə qeyd olunur.
- İnternet mənbəyinə istinad edilərkən veb səhifədəki materialın adı və yayımlandığı il (mötərizədə) qeyd olunmalıdır.
- Məqalənin plagiat olub, olmaması yoxlanılacaq və plagiat aşkarlanarsa, qəbul edilməyəcəkdir.
- Məqalələr e-mail vasitəsilə ([email protected]) qəbul edilir.
- Məqalələrin qəbulu üçün son tarix: 07.11.2021
- Məqalələrin nəşri pulsuzdur (toplunun qiyməti 10 AZN).
QEYD: Çap olunmuş elmi jurnalın “Zəfər Günü” tarixi ərəfəsində ictimaiyyətə təqdimatı keçiriləcəkdir. Arzu edənlər, iştirak edə bilər (mövcud pandemiya vəziyyətindən asılı olaraq online və ya əyani formada).