Coğrafiya İnstitutunun rəhbərinə elmlər doktoru diplomu təqdim olundu 2026-01-05 15:54:00 / MÜHÜM HADİSƏLƏR

     30 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) müxtəlif elm sahələri üzrə elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatlar təqdim olunub.

       AAK-ın 26 dekabr 2025-ci il tarixli qərarına əsasən Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmraniyə Coğrafiya elm sahəsi üzrə 5401.01 – “İqtisadi coğrafiya” ixtisasında elmlər doktoru elmi dərəcəsinin diplomu təqdim olunub.

     Zaur İmraninin bu mühüm nailiyyəti Coğrafiya İnstitutunda aparılan elmi tədqiqatların yüksək səviyyədə təşkil olunduğunu təsdiqləyir və bu nailiyyətin coğrafiya elminin  inkişafına, gənc tədqiqatçıların yetişdirilməsinə və elmi məktəbin möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2026