“Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” adlı IV Beynəlxalq Elmi Konfrans II Cild

2025

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Coğrafiya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” adlı IV Beynəlxalq Elmi Konfrans 13–14 noyabr 2025-ci il tarixlərində keçirilmişdir.

Konfransa ümumilikdə 187 məqalə təqdim olunmuş, onlardan 155 məqalə elmi heyət tərəfindən məruzə üçün qəbul edilmişdir. Tədbirdə respublikanın müxtəlif elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, Özbəkistan, Qazaxıstan, Pakistan, İran və Çin kimi ölkələrdən olan alimlər də iştirak etmişdir.

Konfrans coğrafiya elminin aktual problemlərinin müzakirəsi, elm və təhsilin inteqrasiyası, eləcə də beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.