Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası

2022
Beynəlxalq elmi-praktiki konfransının materialları (II cild)

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfatda istifadə edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda 29-30 noyabr 2022-ci il tarixində "Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası" adlı beynəlxalq elmi-praktiki konfrans təşkil olunmuşdur.

Konfransın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin təkmilləşməsi və inkişafı məsələlərinə tədqiqatçıları, elm adamlarını və özəl sektor işçilərini cəlb etməklə yanaşı, yeni araşdırmaların aparılması, ideya və problemlərin həll yollarının tapılmasına dəstək vermək olmuşdur.

Bu konfransa 14 ölkədən (Azərbaycan, Türkiyə, İran, Pakistan, Gürcüstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Banqladeş, Avstraliya, Moldova və Yəmən) olmaqla 150-yə yaxın iştirakçı müraciət etmiş, göndərilən məqalələrdən 102-si elmi heyət tərəfindən konfransda məruzə edilmək üçün qəbul edilmişdir.