Qazaxıstanlı həmkarlar akademik R.Məmmədovu anıblar 2021-06-08 14:09:00 / MÜHÜM HADİSƏLƏR

Qazaxıstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu Səhmdar Cəmiyyətinin kollektivi  AMEA-nın akademiki, Azərbaycan Dövlət Mükafatı laureatı, görkəmli coğrafiyaçı alim, hidroloq, Xəzər dənizi problemləri üzrə tanınmış mütəxəssis,  Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Məmmədov Ramiz Mahmud oğlunun vəfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladılar.

Qazaxıstan coğrafiyaçıları akademik R.M. Məmmədovu  görkəmli alim, Azərbaycan coğrafiya elminin istedadlı təşkilatçısı kimi tanıyırdılar. Azərbaycan Respublikasının və Xəzər dənizinin təbii və təsərrüfat sistemlərinin tədqiqi həmkarları və əleyhdarları arasında ona böyük hörmət qazandırmışdı. Onun Xəzər dənizi üzrə apardığı çoxillik  tədqiqatları haqqında məlumatlı olduğumuz üçün  biz qazaxıstanlılar, zarafatla, lakin olduqca haqlı olaraq ona "Xəzər-Ramiz Məmmədov " deyirdik.

Ramiz müəllim bizim üçün elmə xidmət nümunəsi idi. Qazaxıstana, İnstitutumuza münasibəti həmişə səmimi və mehriban idi. Ramiz Mahmudoviç həmişə gənc alimlərimizə dəstək olub. İnstitutumuzun kollektivi və şəxsən mənim üçün onunla hər görüş parlaq, yaddaqalan bir hadisə idi.

Həyat yoldaşı Xasiyyət xanıma, qızı  Natəvan xanıma, ailəsinə və dostlarına, eləcə də Ramiz Mahmudoviçin 2012-ci ildən bəri rəhbərlik etdiyi Həsən Əliyev adına Coğrafiya İnstitutunun kollektivinə dərin hüznlə başsağlığı veririk.

Ramiz Mahmud oğlunun parlaq siması Qazaxıstanın alim-coğrafiyaçılarının qəlbində əbədi yaşayacaqdır.

 

“Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu" SC  İdarə Heyətinin sədri,

Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki                                     A.Medeu