Coğrafiyaçı alim Zəngəzur haqqında danışıb 2021-03-15 15:39:00 / MÜHÜM HADİSƏLƏR

  AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov “Speys” TV-də yayımlanan videoreportajın iştirakçısı olub.

Ermənilərin saxta coğrafiya yaratmaq cəhdlərindən, “coğrafi genosid”dən  bəhs edən reportajda deyilir ki, xəstə təxəyyüllü erməni coğrafiyaşünaslar  iddia edirlər ki, bu ərazilərdə Kiçik Qafqaz dağ silsiləsi yoxdur, “armyanskoye naqorye”, yəni erməni dağ silsiləsi var və Kiçik Qafqaz adlanan ərazi, ümumiyyətlə  Zəngəzur  dağ silsiləsi də daxil olmaqla, erməni dağ silsiləsinə aiddir.

Alim qeyd edib ki, ermənilərin Sünik adlandırdıqları ərazi əslində tarixən Azərbaycanın Zəngəzur mahalıdır ki, indiki Ermənistanın Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri rayonlarını əhatə edir.  Ərazinin yer və çay adları da bu yerlərin Azərbaycana məxsus olduğunu  bir daha təsdiq edir. Sünik sözünün mənası da türkdilli tayfanın adı ilə bağlıdır.

Tarixi sənədləri saxtalaşdıraraq  yaymaqda internet resurslarından geniş istifadə etdiklərini və bunu həm də çox inandırıcı şəkildə etməyə çalışdıqlarını deyən M.İsmayılov adi adamların bu uydurmaya inana biləcəklərini vurğulayıb: “Erməni yalanlarının qarşı alınmalı, müxtəlif dillərdə tərtib olunmuş, ərazinin adlarını əks etdirən xəritələr nəşr edilərək  yayılmalıdır”. 

https://www.youtube.com/watch?v=vfoDp1tEzgM