AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə akademiklər Cəlal Əliyev və Budaq Budaqovun birgə müəllif olduqları “Türklər, azərbaycanlılar, ermənilər: Tarixi həqiqətin soyqırımı” kitabını 3 dildə - Azərbaycan, ingilis və rus dillərində iki min ədəd olmaqla Abşeron məktəblilərinin kitab fonduna, 1000 ədədini isə Azərbaycan Respublikası “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Abşeron nümayəndəliyinə hədiyyə edib.
Bu münasibətlə Abşeron rayon Təhsil şöbəsində və AR “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Abşeron nümayəndəliyində “Tarixi həqiqətin soyqırımı” adlı tədbir keçirilib. Tədbirlərdə çıxış edən İnstitutun nümayəndəsi, İctimai əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova kitabın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, eləcə də mənfur qonşularımızın iç üzünü, təcavüzkar xislətini tanımaqda həmvətənlərimiz üçün köməkçi rol oynayacağını diqqətə çatdırıb.
Tədbirlərin sonunda Abşeron Rayon Təhsil şöbəsi və AR “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Abşeron nümayəndəliyi adından Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun və A.Aslanovanın adına yazılmış Təşəkkürnamə və Fəxri Diplom İnstitut nümayəndəsinə təqdim edilib.