Televiziyanın ARB kanalında yayımlanan “Günə doğru” verilişində AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılovun yağış suyundan istifadə haqqında müsahibəsi yer alıb.
Azərbaycanda şirin su qıtlığının qarşısını almaq məqsədilə yağış sularından istifadə ilə bağlı dövlət tərəfindən qanun layihəsi hazırlanır ki, bu layihəyə görə yağış suyunun istifadəsi üçün bəzi binaların müvafiq yerlərində bu suyu toplaya bilən xüsusi aparatların quraşdırılması nəzərdə tutulub.
Bununla əlaqədar coğrafiyaçi alim qeyd edib ki, paytaxtın müxtəlif yerlərində içməli sudan həm də texniki su kimi yaşıllıqların suvarılmasında və digər məqsədlərlə istifadə edilir. Yaşıllıqlarn suvarılması üçün ən yaxşı yol isə yağış sularından istifadə etməkdir. Məsələn, yolların kənarında quraşdırılmış suötürücü qurğular vasitəsilə yağan yağışları toplayaraq onları su anbarlarında saxlamaq olar. İri asfalt yolların kənarları ilə yağış sularını yığan drenlər çəkilmişdir. Amma onlar düzgün işləmədiyindən azacıq yağış yağan kimi yollarda tıxaclar, subasmaları yaranır.
M.ismayılov onu da əlavə edib ki, hər bir binanın damına toplanan və su boruları ilə axan yağış sularını anbarlara yığıb saxlamaqla, həmin suyun hesabına yay aylarında yaşıllıqları suvarmaq olar. Bununla da içməli suya 30-40% qənaət etmiş olarıq.