AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. dos Etibar Bədəlov və Tibbi coğrafiya şöbəsinin kiçik elmi işçisi Turanə Hüseynova İslam dünyasının 6-ci beynəlxalq coğrafiyaçılar konqresində iştirak edblər.
İştirakçılar Xarəzmi Universitetində keçirilən islam ölkələrinin coğrafiyası, mühiti və iqtisadiyyatının xüsusiyyətlərinə həsr olunmuş tədbirə onlayn qoşulublar.
E.Bədəlov konqresdə T.Hüseynova ilə birgə yazdıqları “İslam ölkələrində urbanizasiya və demoqrafik inkişaf” mövzusunda məqaləsi ilə çıxış edib. Məqalədə İslam ölkələrində şəhər məskunlaşmasının inkişafı və formalaşması, son illərdə urbanizasiya proseslərinin dinamikası, aqlomerasiya və meqalopolislərin demoqrafik inkişafı, ölkə və regionlar üzrə yerləşməsi təhlil edilmişdir. Ölkələrin və onların yerləşdiyi regionların demoqrafik inkişaf xüsusiyyətləri, o cümlədən əhalinin artım tempinin inkişafı, əhalinin təbii artım, xüsusilə, doğum və ölüm prosesləri araşdırılmışdır. Müsəlman ölkələrində demoqrafik problemlərin həlli yolu üçün islami norma və dəyərlərə uyğun həyata keçirilməsi tövsiyə edilmişdir.