Elmi şuranın iclasında elmi katibin məlumatları dinlənilib 2019-04-17 15:25:00 / ELMİ İCLASLAR

AMEA Coğrafiya İnstitutu Elmi şuranın Elmi seminarla keçən növbəti birgə iclasında elmi kastib, c.ü.f.d. Zərnurə Həmidova məlumat xarakterli təqdimatla çıxış edib.

Əvvəlcə o, Coğrafiya institutu magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Elmi Şuranın 9 nəfərdən ibarət tərkibini təqdim edib.

Sonra elmi katib iclas iştirakçılarını YUNESKO tərəfindən elan olunmuş müsabiqənin şərtləri ilə tanış edib. Bildirilib ki, insan həyatının keyfiyyətinin artırılmasında tövhələri olmuş və təbiət elmləri sahəsində çalışan şəxs, institut, qeyri-hökumət təşkilatı və ya digər qurumların nailiyyətlərini qiymətləndirmək məqsədilə Təbiət Elmləri sahəsində Tədqiqatlar üzrə YUNESCO  Ekvatorial Qvineya Beynəlxalq Mükafatına 2019-cu il üzrə namizədlərin qəbulunu elan edir. Mükafatın əsas məqsədi insan həyatının keyfiyyətinin artırılmasında tövhələri olmuş və təbiət elmləri sahəsində çalışan şəxs, institut, qeyri-hökumət təşkilatı və ya digər qurumların nailiyyətlərini qiymətləndirməkdir.

Mükafat medal, diplom və maksimum üç qalib arasında bərabər bölünəcək 350 000 ABŞ dolları məbləğindən ibarətdir. Qaliblər YUNESCO Baş direktoru tərəfindən seçiləcək.

Z.Həmidova həmçinin, Clarivate Analyticsin iyun ayının 15-dən 25-dək elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş növbəti silsilə onlayn seminarlara start verildiyini elan edib. Daha dolğun məlumat almaq istəyənlər üçün veb ünvanı bildirən məruzəçi (https://clarivate.ru/webinars) seminarlarda informasiya resurslarının funksiyaları, müxtəlif elm sahələri üzrə ən nüfuzlu və uyğun jurnalların axtarılıb tapılması, beynəlxalq elmi jurnallarda nəşr olunma prinsipləri və tələbləri s kimi aktual  məsələlərə toxunulacağını qeyd edib.

Daha sonra elmi katib AMEA Elm və Təhsil Baş İdarəsinin “Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydalarına dair” mövzusunda keçirilən seminarı haqqında məlumat verib, AMEA-nın elmi müəssisələrinin WoS bazasından ümumi istifadə aktivliyi, AMEA-nın elmi müəssisələrindən mükafat üçün təqdim olunan məqalələrin statistikası, Web of Science-da AMEA-nın 2013-2018-ci illər üzrə məqalələrinin artım dinamikası haqqında bildiriş verib.

Geniş məlumat üçün tıklayın 

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024