“Thomson Reuters” agentliyinin nümayəndəsi ilə görüş keçirilib 2017-02-14 14:35:00 / TƏDBİRLƏR

Fevralın 14-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda AMEA ilə “Thomson Reuters” Agentliyi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Agentliyin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadənin İnstitut əməkdaşları ilə görüşü keçirilib.

“Thomson Reuters” təşkilatı dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyidir. Agentliyin mütəxəssisi  bu bazaya daxil olan jurnallarda məqalələrin cəlb edilməsi yolları və qaydaları, müasir dövrdə elmi jurnalların beynəlxalq tələblər səviyyəsində idarə edilməsi, jurnalların dünyanın nüfuzlu elmi bazalarına daxil olması üçün tələb olunan şərtlərə dair məlumatların  paylaşılması və s. haqqında geniş məlumat verib.  O, həmçinin, “Web of Science” elmi məlumatlar bazası haqqında ətraflı danışaraq bildirib ki, “Web of Science” beynəlxalq səviyyədə tanınmış elmi portaldır. Əvvəllər yalnız elmi tədqiqatların, elmi işlərin istinad indeksinin müəyyənləşdirilməsi ilə məşğul olan portal  sonradan görülən keyfiyyətli işi sayəsində dünyanın aparıcı agentlikləri ilə rəqabətə girərək öndə dayanan təşkilata çevrilib.

Portalın müxtəlif sahələri əhatə edən  17.000 jurnalı  var. Alimlər bir çox məsələlər, elmi arayışlar, sənədlər, konfrans icraatı üzrə materialları burada tapa bilərlər. Portal hər sahədə olan yenilikləri  və uğurları  yeniləyir.

Agentliyin nümayəndəsinə verdikləri çoxsaylı suallarına cavab alan iştirakçılar görüşdən razı qaldlqlarını  və dəyərli məlumatlara görə məruzəçiyə təşəkkürlərini bildiriblər.