Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Mülki müdafiəbu qərargahının rəisi Namazəli Mustafayevi 70 illik yubileyi münasibətilə İnstitut kollektivi adından təbrik edib, ona can cağlığı, gələcək işlərində uğurlar arzu edib.
Yubilyara ünvanlanmış təbrik məktubunun mətni:
Hörmətli Namazəli müəllim!
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kollektivi sizi anadan olmanızın 70 illik və çoxillik ictimai-təşkilatçılıq fəaliyyətiniz münasibətilə təbrik edir, sizə bundan sonra da uzun ömür, can sağlığı, işlərinizdə və həyatınızda yeni-yeni uğurlar arzulayır.
Əziz Namazəli müəllim! Siz, 1966-1971-ci illərdə M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunun ingilis dili və ədəbiyyat sahəsi üzrə tanınmış alimlərdən dərs alıb, peşəkar mütəxəssis kimi formalaşmısınız. Növbəti fəaliyyət ərəfələrində Azərbaycanın bölgələrində orta məktəblərində, mötəbər təşkilatlarında ingilis dilinin tədrisi, təcrübi tətbiqlərini, peşəkarlıqla davam etdirmisiniz.
Vaxtilə Azərbaycanın xalq nəzarəti sahəsində , Bakı Ali Partiya məktəbində, müxtəlif Rayon Partiya təşkilatlarındakı ictimai fəaliyyətləriniz indi ömür coğrafiyanızın tarixi yaddaşları kimi səhifələnir. Bütün bunlar 70 illik ömür tarixinizin milli-ictimai keyfiyyətlərinin ən gözəl göstəricisidir.
Uzun illərdir Coğrafiya İnstitutunda fəaliyyət göstərirsiniz. Bilirsinizmi insan həyatının özü də coğrafi məkan kimi olduqca maraqlı və çoxsahəlidir. İnstitutumuzun profilinə uyğun olaraq yəqin ki, sizin də qəlbinizdə Azərbaycanın coğrafiyasına, xalqına, coğrafi mədəniyyət məhəbbəti və coğrafi məkan şirinliyi daha da çoxalmışdır. Siz həqiqətən çoxsahəli ictimaiyətçi olmusunuz.
Son illərdə Ukrayna Respublikası ilə elmi-ictimai əlaqələriniz, onların müxtəlif tarixi tədbirlərindəki iştirakınız öz milli tarixi əlaqələrimizə xidmət edir. Xüsusilə, Azərbaycanda multikulturalizm coğrafiyasının təbliğində mühüm rol oynayır. Bunlara görə Ukrayna Respublikasının fəxri fərmanına layiq olmanız həqiqətən fəxrimizdir. Əziz Namazəli müəllim! Bu kimi milli vətəndaşlıq dəyərlərinin və insani keyfiyyətlərinin sırasını davam etdirə bilərik..........
Əziz Namazəli müəllim, Coğrafiya İnstitutunun kollektivi sizi bir daha bu gözəl günlər münasibətilə təbrik edir sizə və ailənizə həyatda ən xoş anlar arzulayır.
Hörmətlə,
Coğrafiya İnstitutunun direktoru akademik : R.M.Məmmədov
HİK-ın sədri : H.T.Haqverdiyev