AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Umayra Tağıyeva sentyabr ayında İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1-ə daxıl olmayan ölkələrə Milli Məlumatların hazırlanmasına dəstək olan Konsultativ Ekspert Qrupunun təşkil etdiyi tədbirlərin iştirakçısı olub.
Alim sentyabrın 4-7-də bu Qrupun Şərqi Avropa və Asiya ölkələri üçün Kambocanın Siemreap şəhərində təşkil etdiyi treninqdə “resource person” qismində iştirak edib.
Treninqin məqsədi ölkələrin Konvensiya qarşısında Milli Məlumatların Hazırlanması və təqdimi öhdəliyinin yerinə yetirilməsi prosesinin, İPCC və Konvensiyanın digər orqanları tərəfindən hazirlanan Milli Hesabatların keyfiyyətinin yaxşılaşdırılmasından ibarət olub. Əməkdaşımız həmin treninqdə sessiyaların birində Qrupun moderatoru təyin edilib.
Sentyabrın 21-22-də isə U.Tağıyeva Almaniyanın Bonn şəhərində keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1-ə daxil olmayan ölkələr üzrə Konsultativ Ekspert Qrupunun növbəti 19-cu toplantısının iştirakçısı olub. Toplantıda digər məsələlərlə yanaşı treninqlərin nəticələri də müzakirə edilib.