Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və elmi işlər üzrə direktor müavinin, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Moskva Dövlət Universitetində “Coğrafiya, mədəniyyət və cəmiyyət Dünyanın gələcəyi üçün” regional konfransın işində iştirak etmək üçün avqustun 17-dən etibarən Moskva şəhərində ezamiyyətdədirlər.
Beynəlxalq konfrans 170 illiyini qeyd edən Rusiya Coğrafiya Cəmiyyəti (RCC), Beynəlxalq Coğrafiya İttifaqı, Moskva Dövlət Universiteti və Rusiya Elmlər Akademiyası tərəfindən təşkil olunub. Konfransın işində iştirak etmək üçün dünyanın 60 ölkəsindən 1500-dən artıq alim və mütəxəssis bir araya gəlib.
Rusiya Prezidenti Vladimir Putin tədbir iştirakçılarına salamını göndərib.
Avqustun 21-dək davam edəcək iclasda mühüm problemlər müzakirə olunacaq, bütün dünyada coğrafiya sahəsində aparılan tədqiqatların nəticələrinə baxılacaqdır. Konfrans iştirakçılarını səmərəli müzakirələr, poster sessiyaları, plenar və tematik mühazirələr, elmi ekskursiyalar və bir çox digər maraqlı hadisələr gözləyir.