Mayın 25-də Coğrafiya İnstitutunda hərbiləşdirilməmiş Mülki müdafiə dəstələri ilə xəbərdarlıq “Toplanış” məşqi keçirilib.
Məşqi keçirməkdə məqsəd fövqəladə hadisə zamanı və “Toplanış” xəbərdarlıq siqnalı aldıqda şəxsi heyətin davranış qaydaları təcrübısini artırmaq, bacarıqlarını təkmilləşdirmək, hazır vəziyyətə gətirilməsini öyrənməkdir.
İlk əvvəl tədbir iştirakçıları Bakının Binəqədi rayonunda yerləşən hündürmərtəbəli binada yanğın nəticəsində həlak olanların xatirəsini yad ediblər. Sonra Coğrafiya İnstitutu Mülki Müdafiə qərargahının rəisi Namazəli Mustafayev İnstitut direktoru, akademik Ramiz Məmmədov tərəfindən təsdiq edilmiş Tədbirlər planı ilə institut əməkdaşlarını tanış edib. Qərargah rəisi Plana əsasən İnstitutda baş verə biləcək qəzaların və təbii fəlakətlərin nəticələrinin operativ surətdə aradan qaldırılmasına, qəza-xilasetmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsinə ciddi diqqət yetirilməsi, mülki müdafiə dəstələrinin və mühafizə qurğularının daim hazır vəziyyətdə saxlanılması istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
N.Müstafayev iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verib. Məşqdə həmçinin fövqəladə hallar zamanı xəbərdarlıq “Toplanış” məşqini əks etdirən videoçarx da nümayiş etdirilib.