Coğrafiyaçı alim TRT-yə Zəngəzur dəhlizi barəsində müsahibə verib 2023-10-11 12:43:00 / MÜHÜM HADİSƏLƏR

Zəngəzur koridoru haqqında sənədli filmin çəkilişlərinə başlayan Türkiyənin  TRT kanalının əməkdaşları AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar.   

Televiziya işçiləri müsahibə almaq üçün İnstitutun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin müdiri, c.ü.f.d., dosent Mirnuh İsmayılova müraciət ediblər. Filmdə çəkilmək üçün  son zamanlar həlli daha da aktuallaşan “Zəngəzur koridoru” haqqında müsahibə verməyə razılıq verən alim  mövzuya dair fikirlərini açıqlayaraq, “koridorun” təbii coğrafi şəraiti, siyasi coğrafi və sosial iqtisadi əhəmiyyəti haqqında geniş məlumat verib.

O bildirib ki,  bu koridorun işə düşməsi istiqamətində Azərbaycan Respublikasının prezidenti, cənab İ.Əliyev aydın və dəqiq şəkildə güclü siyasi iradə göstərmiş, bunu müvafiq faktlarla əsaslandırmış, iqtisadi əhəmiyyətini təhlil etmişdir.

M.İsmayılov  Zəngəzur koridorunun regionun və bütövlükdə Avrasiya materikində geosisyasi vəziyyətin yenidən qurulmasında əhəmiyyətli rol oynayacağını, həmçinin region ölkələrinin iqtisadi yüksəlişinə təkan verəcəyini qeyd edib. Bildirib ki, dünyanın aparıcı siyasi və region ölkələrinin siyasi rəhbərləri də öz xalqlarının xeyrinə olan bu layihəni dəstəkləyir.