Cİ əməkdaşı Vikimediya konfransında iştirak edib 2023-10-02 14:36:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, azərbaycandilli Vikipediyanın patrulu  Aida Aslanova  “Mərkəzi və Şərqi Avropa dövlətlərinin Vikimediya” (Wikimedia CEE Meeting 2023, WMCEE)” konfransında iştirak edib.

Hər il Mərkəzi və Şərqi Avropa ölkələrində Vikimediya layihələrinin illik hesabatı kimi keçirilən və bu dəfə Gürcüstanın Tbilisi Dövlət Universitetində  baş tutan konfransda xarici ölkələrdən 160 nümayəndə - vikipediya istifadəçiləri, Vikimediya fondunun nümayəndələri, stüardlar və s. iştirak edib. 

A.Aslanova 3 günlük konfrans  müddətində Vikipediya biliklərini təkmilləşdirmək istiqamətində müxtəlif layihələr üzrə keçirilən təqdimat və təlimlərdə iştirak edib. İnstitut əməkdaşı  müxtəlif istifadəçi qrupların üzvləri ilə əlaqələr qurub, azərbaycandilli vikipediya üçün planların müzakirəsində, eləcə də gələcəkdə Azərbaycanda keçiriləcək beynəlxalq konfranslar haqqında aparılan fikir mübadiləsində iştirak edib.