Coğrafiya İnstitutunun alimləri beynəlxalq konqresdə çıxış ediblər 2022-12-19 14:13:00 / MÜHÜM HADİSƏLƏR

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi  şöbəsinin aparıcı elmi işçisi, texniki elmləri üzrə fəlsəfə doktoru  İsmayıl Zeynalov və Xəzər dənizinin hidrometeorologiya şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d., dosent Ülkər Mahmudova Hollandiyanın Amsterdam şəhərində keçirilən “Sosial elmlər, innovasiyalar və təhsil texnologiyaları” 3-cü Beynəlxalq Konqresində iştirak edib.

Hər iki alim tədbirdə  tədbirdə məruzə ilə  çıxış edib.

İ.Zeynalov "Using low-orbit satellites as the main resource for creating a recreational industry on a regional and global scale (on example of Azerbaijan)" (Regional və qlobal miqyasda rekreasiya sənayesinin yaradılması üçün əsas resurs kimi aşağı orbitli peyklərdən istifadə (Azərbaycan timsalında) adlı məruzısində   bildirib ki,  sənayeləşmə dövründə Azərbaycanın rekreasiya sənayesində əsas inkişaf amili, sürətli artım tempinin təzahürü biznesin aparılmasında müasir metod və texnoloji  vasitələrindən istifadə olunmasındadır. Rekreasiya və turizm zonalarının yaradılmasında əsas mənbə isə Azərbaycanın coğrafi mövqeyi və onun iqlim yaradan amilləridir.

Ü.Mahmudovanın “Ecological results of creation of average kura cascade and other  reservoirs” mövzusundakı çıxışı Orta Kür kaskadı və digər su anbarlarının yaradılmasının ekoloji nəticələrinə həsr edilib. Kür üzərində yaradılan su anbarlarının ölkəmiz üçün əhəmiyyətini qeyd edən elmi işçi onların eyni zamanda Kürün suyunun azalmasına, bəzi mövsümdə Xəzərə suyun çatmamasına və nəticədə Kürdə biomüxtəlifliyin azalmasına, hətta məhv olmasına gətirib çıxardığına diqqəti cəlb edib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024