AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və Azərsu Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan hidrometeorologiyası və ətraf mühit” mövzusunda birgə keçirdikləri elmi-praktiki konfransın materialları çapdan çıxıb.
Kitabda alim və mütəxəssislərin coğrafiya elmləri doktoru, əməkdar elm xadimi Saleh Hacı oğlu Rüstəmovun 110 illik yubileyinə həsr olunmuş konfransda Azərbaycanın müasir su problemlərinə aid məruzələri yer alıb.