Azərbaycanda əsas ətraf mühit problemləri hansılardır?

Qloballaşan dunyada ətraf mühitlə bağlı problemlər getdikcə artmaqdadır. Hətta əksər məsələlər özünü qlobal səviyyədə göstərir. Günümüzdə havanın çirkliliyi, su ehtiyatının azalması və çirkləndirilməsi, biomüxtəlifliyin dəyişməsi və digər problemlər dərinləşir.

Azərbaycanda da bu problemlər özünü müxtəlif səviyyələrdə göstərir. Xüsusilə iqlim dəyişmələrinin yaratdığı fəsadlar daha aydın şəkildə özunü büruzə verir

Ümumilikdə ətraf mühitin çirkləndirilməsi, ekosistemə mənfi təsir edən amillər iqlim dəyişmələri ilə sıx bağlı olsa da, burada antropogen təsirlərin də böyük rolu var. Məsələn, havaya buraxılan qazlar atmosferin çirklənməsinə, eyni zamanda qlobal istiləşməyə, muxtəlif tullantılar nəticəsində torpağın münbıtlıyının azalması, okean və dəniz sularına axıdılan tullantı suları və atılan zibillər nəticəsində dəniz suyunun keyfiyyətının azalması biomüxtəlifliyin məhvinə, meşələrin qırılması oksigen çatışmazlığına, dağ-mədən sənayesindən axıdılan zərərli maddələr içməli su ehtiyatının tükənməsinə gətirib çıxarır. Beləliklə, ətraf mühit problemlərını saymaqla bitmır.

Azerbaycana gəldikdə isə, ölkəmizdə su ehtiyatının azalması, həmçinin çirklənməsi, torpaqların degradasiyası, nəqliyyat çoxluğunun yaratdığı hava və səs çirkliliyı, Xəzər dənizində biomüxtəlifliyin azalması, quraqlıq, iqlim dəyişmələri ilə əlaqədar sel hadisələrinin artması əsas ətraf mühit problemləri sırasındadır.

Ətraf mühitin qorunması istiqamətində son illərdə dövlət tərəfindən xeyli işlər görülsə də, təbii ki, ış bununla bitmir, burada vətəndaşların üzərinə də müəyyən məsuliyyət düşür. Düzdür, havanın çirklənməsinin qarşısının alınması üçün elektromobillərə üstünlük verilməsi, ekolojı təmiz nəqliyyat vasitələrının istifadəsı təşviq edilməsi, tullantıların azaldılması üçün əksər zavod ve fabriklərdə təkrar emala ustunluk verilməsi, bərk tullantılarla bağlı Balaxanı Sənaye Parkının yaradılması müsbət irəliləyişlərə gətirib çıxarıb, su ehtiyatlarının qorunması məqsədilə su anbarları və yeni suvarma sistemləri yaradılıb.

 

Azərbaycan təbiətinin bugünkü reallıqları

Elm və Təhsil Nazırlıyının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun "Landşaftşunaslıq və landşaft planlaşdırılması" şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib ki, hazırda dünyada sürətlə artan çoxçeşidlı insan tələbatının ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər ilk növbədə təbii mühitə olan təsirləri artırır.

Planetimizin təbii ehtiyatlarından intensiv istifadənin artması, sosial-iqtisadi sahələrdə ən muasir texnologiyalardan istifadə və istehsalı, həmçının təbii ekosistemlərin antropogen sistemlərə transformasiyanın artması və digər proseslər təbii mühitə texnogen yükun artmasına şərait yaradır. Bu gün Afrika qitəsinin bir neçə dünyaca məşhur milli parkında vəhşi təbiət haqqında filmlər çəkib bunu dünya əhalisinə qitənin bugünkü təbiəti haqqında yanlış təsəvvür yaradan elmdən uzaq işbazlar mövcuddur. Halbuki Afrikanın təbiəti bu günə qədər dəhşətli dərəcədə degradasiyaya məruz qalıb. Burada səhralasma torpag deqradasiyası, eroziya biomuxtəlifliyin sürətlə azalması, tropik meşələrın yox olması və sairə bütün bəşəriyyəti düşündürən problemlərdir. Bu tip problemlər digər qitələr üçün də xarakterikdir", - deyə o əlavə edib.

Alim qeyd edib ki, dünyanın kənd təsərrüfatına yararlı torpaqlarının 10 faizindən çoxu məhsul verməyən səhralaşmaya məruz qalıb. Meşələrin və digər yaşıllıqların məhv edilməsi sayəsində əvvəlki illərlə müqayisədə son illər CO2-nin udulma səviyyəsi 18,5 faiz azalıb. Bu isə qlobal istiləşmənin başlıca səbəbıdır. Qlobal istiləşmə insanın həyat fəaliyyətinə ciddi ziyan vurur. Havanın istiləşməsi və landşaftların səhralaşması sonda ərzaq məhsullarının qıtlığına, yoxsulluğun artmasına, insanların kütləvi şəkildə miqrasiyasına, ən nəhayət, siyası proseslərin gərginləşməsinə şərait yaradır.

Şöbə müdırı bildirib ki, əgər ekosistemləri, landşaftları tam dərk edə bilsəydik, atdığımız addımların nəyə səbəb olduğunu anlayardıq. Belə bir söz var: "Filankəs bir qarışqa belə əzməyib". Bu gun artıq təbiətə belə yanaşmanın vaxtıdır. Artıq təbii mühitin insanların şəfalı əllərinə ehtiyacı var".İsmayılov Azərbaycanda ətraf mühitin müxtəlif səviyyələrində ciddi problemlər olduğunu vurğulayaraq deyib ki, səhralaşma və torpaq degradasiyası, quruyan çay dərələri və göllər, məhv edilmiş bataqlıq çəmən ekosistemləri, vaxtilə meşəsizləşmiş ərazilər, yox olmuş və ya sayı kəskin azalmış biomüxtəliflik nümunələri, kortəbii turizmin genişlənməsı, yazda dağ laləsinə bürünmüş yamacların yox olması Azərbaycan təbiətinin bugünkü reallıqlarıdır. Dövlət tərəfindən bu məsələlərin həllinə hər il milyonlarla manat vəsait ayrılır. Lakin bu tip problemlər cəmiyyətimizin bütün təbəqələrinin qarşılıqlı əlaqəsi və yüksək həssaslıq göstərməsi ilə həll edilə bilər.

Hər bir insan yaşadığı ərazinin təmiz saxlanılmasına cavabdeh olmalıdır. Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hər bir vətəndaş ekoloji təhsildə, tərbiyədə və mədəniyyətdə məsuliyyət daşımalıdır. Gözümüzün qarşısında aran torpaqlarımız şoranlaşırsa, degradasıya olunursa, yeraltı və yerustü su hövzələri quruyursa, ətraf muhit çirkləndirilirsə, bunu vətəndaşlıq borcu olaraq fərdi və ya icma şəklində həll etməyə səy göstərməliyik.

 

Əsmər Qardaşxanova

Azərbaycan