Bu yaxınlarda Naxçıvandakı "Əcəmi" nəşriyyatında öz nəfisliyi ilə diqqəti cəlb edən daha bir fundamental əsər işıq üzü görmüşdür. Kitab əvəzsiz təbii gözəllik­lərə malik olan Naxçıvan Muxtar Respub­likasının mühafizə olunan təbiət əraziləri­nin təsvirinə, onların özünəməxsus təbii xüsusiyyətlərinə, orada mühafizə edilən təbiət və tarixi-mədəniyyət abidələrinin öyrənilməsinə və mühafizə edilərək gə­ləcək nəsillərə çatdırılmasına həsr edilib. Belə bir gözəl ifadə vardır: "Vətəni sev­mək onu tanımaqdan başlanır". Bu kitab bizcə belə bir mərama xidmət edir. Bəli, hər bir ərazini sevmək üçün onu tanımaq lazımdır. Alimlərin, xüsusən təbiətşünas alimlərin də əsas vəzifələri vətəni tanıt­maqla ona qarşı məhəbbət yaratmaq və dəyərli, vətənpərvər vətəndaş yetişdiril- məsinə xidmət göstərməkdir.

Yeri gəlmişkən qeyd edək ki, məhz bu məqsədə, yəni vətəni tanıdıb sevməyə xidmət edən kitablardan biri də, 2017- 2018-ci illərdə AMEA Coğrafiya İnstitu­tu ilə AMEA Naxçıvan Bölməsinin birgə əməkdaşlığının nəticəsi olaraq 2 cildlik "Naxçıvan MR-in coğrafiyası" adlı əsər də Naxçıvandakı "Əcəmi" nəşriyyatında çap olunmuş, elmi ictimaiyyətin diqqətini haqlı olaraq cəlb etmişdir. "Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri" sanki Naxçıvan MR-ın coğrafiyası ikicildliyinin məz­mun və məna baxımından təbiəti mühafi­zə istiqamətində mənəvi davamıdır. Təbii ki, bu kitabda təbii regionun əsas ekoloji gözəllikləri tam mənasilə aşkarlanır, on­ların hər biri öz qiymətini alır. Naxçıvan təbii regionu fiziki coğrafiyanın bütün sa­həli - relyef, geomorfologiya, iqlim, hid­rologiya, torpaq coğrafiyası, bitki və hey­vanat aləmi baxımından fərqlənən xüsusi bir diyar kimi fərqlənir. Bəzən Naxçıvanı təbiət muzeyi, geoloji muzey do adlandı­rırlar. Sözün həqiqi mənasında Naxçıvan təbii vilayətinə bir dəfə səyahət etmiş hər hansı təbiətşünas alim sahə baxımından kiçik olan bu ərazini təkrar-təkrar gör­mək, tədqiq etmək istəyir. Buna görə də Naxçıvanın təbiətini daha ətraflı özündə əks etdirən bu kitab-albom növbəti eko- coğrafi əsər kimi də qiymətləndirilə bilər.

Azərbaycan Respublikasında, o cüm­lədən, ölkəmizin coğrafi, tarixi, ədəbi-bə­dii, incəsənət, ekoloji, mənəvi və s. baxı­mından ayrılmaz tərkib hissəsi olan Nax­çıvan MR-da dövlət səviyyəsində ekoloji problemlərin həll edilməsinə daim, xüsu­sən müstəqillik illərində böyük diqqət ye­tirilir.

Bu əsərin çap olunması da həmin diq­qətin əyani təcəssümüdür. Son 25 ildə Naxçıvan MR ərazisində meşə sahələri­nin və ümumiyyətlə, yaşıllıqların sahəsi­nin 14%-dək artırılması diqqətçəkən fakt­lardan biridir. Kitabda göstərilən faktlara əsasən belə bir nəticəyə gəlmək olur ki, muxtar respublikanın ərazisində torpaqla­rın qorunması, səhralaşma prosesinin qar­şısının alınması, eroziya proseslərinin zəiflədilməsi, yeni ərazilərə kanal və kol­lektorların  çəkilməsi ilə suvarma əkinçili­yinin genişləndirilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilir.

Naxçıvan MR təbiətinin zənginliyinin bir göstəricisi də Azərbaycanda mövcud olan 4500-ə qədər bitki növünün 57%-ə qədərinin bu ərazidə yayılmasıdır ki, bun­ların da çox böyük hissəsi endemik və re-likl bitki növləridir. Burada yayılmış 800-ə qədər bitki növü müalicəvi xüsusiyyətlə­rinə görə hələ qədim dövrlərindən xalq təbabətində istifadə edilmişdir. 200-dən artıq bitki növü, 70-dən çox fauna növü Muxtar Respublikanın "Qırmızı kitab”ına daxil edilmişdir.

Əsərdə göstərilir ki, burada ilk xüsusi mühafizə olunan təbiət ərazisi 1969-cu il­də yaradılmış Ordubad Dövlət Təbiət Ya­saqlığı olmuşdur. Sonradan mühafizə olu­nan ərazilərin sahəsi daha da artırılmış və indi muxtar respublika ərazisinin 28%-ə qədəri xüsusi mühafizə olunan təbiət, əra­zilərinə daxildir. Bu isə burada ətraf mü­hitin mühafizəsinə diqqətin daim artırıl­masının sübutudur.

Əsərdə xüsusi mühafizə olunan ərazi­lər içərisində Ordubad Milli Parkı diqqəti daha çox cəlb edir. Sahəsi 12 min hektar­dan artıq olan bu park 2003-cü ildə yara­dılmışdır. Bu Milli Parkın özəl xüsusiy­yətlərindən biri də ərazidəki təbii bio-müxtəlifliklə yanaşı (bəbir, bezoar keçisi, muflon, şahin Qarabağ tülpanı, əyilən tozağacı və s.), Ordubad şəhərində və digər yaşayış məntəqələrində bir neçə yüz il yaşı olan müxtəlif tarixi abidələrin, yaşa­yış və qeyri-yaşayış binalarının da müha­fizə olunmasıdır.

Bu Milli Parkın yaradılmasının məq­sədi ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanması, ekoturizmin inkişaf etdirilməsidir. Burada Milli parkın, turizm, xüsusən ekoturizm və kənd turizmi üçün çox zəngin məkan ol­duğu bildirir və bir daha xatırladılır ki, MR-in blokada şəraitində saxlanılması bu sahələrin də inkişafına mənfi təsir göstərir. Milli Parkın ərazisində yerləşən Gəmiqaya abidəsi, onun üzərindəki qa­yaüstü rəsmlər bir daha ərazinin çox qə­dim yaşayış məntəqələrindən olduğunu nəzərə çarpdırır.

Şahbuz Dövlət Təbiət Qoruğu dəniz səviyyəsindən 2200-2400 m hündürlükdə yerləşməklə məşhur Batabat gölü, Biçə­nək açırımı və başqa təbiət abidələrini özündə birləşdirir. Burada 65 növ boyaq bitkisi, 150 növdən artıq dərman bitkisi vardır ki, həmin təbii sərvətlərin qorun­ması və müvafiq şəkildə istifadə olunma­sı Təbiət Qoruğunun yaradılmasında əsas məqsədlərdən biri olmuşdur. Qoruq əra­zisində rast gəlinən tarixi-memarlıq, arxeolojı və təbiət abidələri, iqlim və relyefin müxtəlifliyi burada da ekoturizimin inkişafı üçün əlverişli şərait yaradır ki, buda müəlliflərin qarşıya qoyduqları məqsədə tam uygun gəlir.

        Kitabda ətraflı təsvir edilən ərazilər­dən biri də Zəngəzur Milli Parkıdır. 43 min hektara yaxın sahəni əhatə edən bu park Azərbaycan, o cümlədən, Naxçıvan təbiətinin vurğunu və ən böyük təbliğat­çısı və müdafiəçisi olmuş akademik  Həsən Əliyevin adını daşıyır.  Bu da simvo­likdir. Çünki akademik Həsən Əliyev Azərbaycanda qoruq və yasaqlıqların yaradılmasının və ümumiyyətlə, təbiəti mü­hafizənin ən böyük təşəbbüskarı olmuş­dur. Burada relyefin və iqlimin qısa məsa­fədə kəskin dəyişməsi torpaq-bitki örtü-seçilir. Adından göründüyü kimi, yasaqlıq Sədərəkdən başlayaraq Ordubada qədər Arazboyu maili düzənlikləri əhatə edir. Onun yaradılmasmda əsas məqsəd Mux­tar Respublikanın Arazboyu maili düzən­liklərinin ekoloji komplekslərini mühafi­zə etmək, zənginləşdirmək və gələcək nəsillərə çatdırmaqdır. Bundan başqa, bu­rada Gülüstan türbəsi, Culfa karvansarası, Culfa körpüsü və başqa tarixi-mədəniy­yət, arxeoloji və memarlıq abidələri də vardır ki, onlann da mühafizəsi böyük ta­rixi və mühüm strateji əhəmiyyətə malik­dir.

Naxçıvan MR-nın özünəməxsus gö­zəlliklərə malik olan və mühafizə edilən ərazilərindən biri də Ordubad Dövlət Tə­biət Yasaqlığıdır. Yasaqlıq əsasən dağlıq əraziləri əhatə edir. Burada muflon və be­zoar keçiləri, müxtəlif quş növləri müha­fizə edilir. Diyarda mühafizə edilən əra­zilər içərisində Arazboyu Dövlət Təbiət Yasaqlığı da təbii şəraitinin , unikallığı ilə seçilir. Adından göründüyü kimi, yasaqlıq Sədərəkdən başlayaraq Ordubada qədər Arazboyu maili düzənlikləri əhatə edir. Onun yaradılmasında əsas məqsəd Mux­tar Respublikanın Arazboyu maili düzən­liklərinin ekoloji komplekslərini mühafi­zə etmək, zənginləşdirmək və gələcək nəsillərə çatdırmaqdır. Bundan başqa, bu­rada Gülüstan türbəsi, Culfa karvansarası, Culfa körpüsü və başqa tarixi-mədəniy­yət, arxeoloji və memarlıq abidələri də vardır ki, onların da mühafizəsi böyük ta­rixi və mühüm strateji əhəmiyyətə malik­dir.

Arpaçay Dövlət Təbiət Yasaqlığı da mühafizəsi vacib olan ərazi kimi diqqəti cəlb edir. Bu ərazidə çox sayda nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri yaradılmışdır ki, onlar mühafizə­sinə, bərpasına böyük ehtiyac vardır. Eyni zamanda, yasaqlıq ərazisində Oğlanqala, Ovçular təpəsi, Qazma mağarası, Ilavuş piri, Axura nekropolu, Albantəpə nekro-polu, Qarağac ocağı kimi tarixi memarlıq abidələri də vardır ki, bunların qorunması və gələcək nəsillərə çatdırılması azərbay­canlıların orada avtoxron xalq olduğunu bir daha nəzərə çarpdırır.

Nəticə olaraq bildirmək istəyirik ki, "Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri" kitabı Azərbaycanın bu dilbər guşəsinin təbii zənginliklərini əks etdirən qiymətli nəşr­dir. Bu sanballı nəşri Naxçıvan təbiətinin elmi bələdçisi adlandırmaq olar. Kitabda xüsusi mühafizə olunan təbiət əraziləri haqqında verilmiş məlumatlar elmi cəhət­dən dəqiqləşdirilmiş və əsaslandırılmış informasiyalardır. Bu cəhətdən təqdim olunan kitab Naxçıvan Muxtar Respubli­kasının təbiət qoruqları və yasaqlıqlarına, habelə milli parklarına həsr edilmiş elmi bələdçidir. Kitabı həm də Naxçıvan diya­rında təbiətə məsuliyyətli münasibətin canlı, əyani təzahürü hesab etmək müm­kündür.

"Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri" kitabı ilə tanış olarkən istər-istəməz bir daha Naxçıvan Muxtar Respublikasının təkrarolunmaz nadir təbii və tarixi-ar­xeoloji və mədəni zənginliyə, qeyri-adi təbiət gözəlliyinə malik olduğuna əmin olursan. Eyni zamanda, arzu edərdik ki, gələcəkdə bu qiymətli kitab təkrar nəşr edilərkən oradakı təbiət abidələrini və mənzərələrini əks etdirən fotoşəkillərin adları və yerləşdiyi məkan da yazılsın. Belə olarsa, əsərin əyani təşviqat vasitə­si olması, vətənimizin dilbər guşəsi olan Naxçıvanı daha yaxşı tanımağa imkan verər. Axı vətəni sevmək onu tanımaq­dan başlayır! Oxuculara ərməğan edil­miş kitab Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respubli­kasını daha yaxından tanımağa imkan yaradır.

 

Ramiz MƏMMƏDOV,
AMEA akademik Həsən Əliyev adına
Coğrafiya institutunun direktoru, Azərbaycan Coğrafiya
Cəmiyyətinin prezidenti, akademik

 525-ci qəzet,  iyul  2019-cu il

 

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019