Geomorfologiya və ətraf mühit (seçilmiş əsərlər)

2020
Xəlilov H.A

AMEA akademik  H.Ə.Əliyev adına Coğrafiya institutunun “Geomorfologiya və ətraf mühit” adlı yeni kitabı nəşr olunub.

Şöbə müdiri, coğrafiya üzrə elmlər doktoru Hüseyn Xəlilovun müəllifi  olduğu kitabda geomorfologiyanın, xüsusilə də relyef və ətraf mühit arasında qarşılıqlı əlaqənin bir sıra problem məsələlərinə həsr edilmiş elmi və qismən də elmi-populyar məqalələr toplanmışdır. Məqalələrdə Azərbaycanda geomorfologiya elminin inkişafı, relyefin mühit əmələgətirici funksiyası baxımından ekoloji şəraitə təsiri və faydalı qazıntı yataqlarının axtarışında rolu ilə yanaşı ölkənin təbiət abidələri və onların ekoturizm əhəmiyyəti və eləcə də Xəzər dənizinin səviyyə tərəddüdünün bəzi aspektləri haqqında məlumatlar yer alıb.

Kitab Yer elmləri sahəsində çalışan mütəxəssislər və ali məktəblərin müəllim və tələbələri,  eləcə də geniş oxucu kütləsi üçün maraqlı ola bilər.