Coğrafiya İnstitutu Elmi Şurasının iclası keçirilib 2021-09-08 14:26:00 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminovun  sədrliyi ilə  İnstitutun Elmi Şurasının iclası keçirilib.

Baş direktor Z.Eminov gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etdikdən sonra işçilərin işə davamiyyəti, əmək və icra intizamına nəzarətin gücləndirilməsi barədə bir daha əməkdaşları məlumatlandırıb. Mütəmadi olaraq nizam-intizamı pozan işçilərə güzəşt ediməyəcəyi haqda xəbərdarlıq edib.

 Sonra İnstitutun elmi katibi, c.ü.f.d., dosent Zərnurə Həmidova Qarabağın inkişafı ilə əlaqədar AMEA Rəyasət Heyyətinin 12 yanvar 2021-ci il qərarına uyğun olaraq “Ekoloji genosidin vurduğu zərərlərin qiymətləndirilməsi”, bu haqda beynəlxalq təşkilatların məlumatlandırılması və albom-monoqrafiyanın hazırlanmasının vəziyyəti haqda  məlumat verib. Qərara alınıb ki, albom-monoqrafiya üçün hazırlanmış xəritələr yalnız təyin edilmiş vahid formada qəbul olunacaq.

 “Qarabağın coğrafiyası: təbii şərait və resurs potensialı” adlı monoqrafiyanın buraxılışına məsul olan şöbə müdiri, dosent Mirnuh İcmayılov kitabın hazırlanmasının icra vəziyyəti ilə bağlı məlumat verib, müəlliflər tərəfindən təhvil verilmiş fəsil və bölmələri diqqətə çatdırıb. Monoqrafiyanın böyük hissəsinin artıq başa çatması, kiçik hissəsinin isə həftə ərzində tamamlanıb təhvil veriləcəyi bildirilib.

Coğrafiya elmləri doktorları Nəriman Paşayev, Səid Səfərov və c.ü.f.d. Nəsən Nəbiyev coğrafiya elmləri doktoru, professor Rza Mahmudovun “Azərbaycanda regional iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr” monoqrafiyasına rəy vermələri üçün elmi məsləhətçi təyin ediliblər.

 Elmlər doktoru hazırlığı üzrə Cİ-nin dissertanturasına sənəd verən Şahnaz Əmənovanın dissertasiya mövzusu “Şəhər landşaftlarının inkişafı və idarə olunma problemləri” adı ilə təsdiq edilib və c.e.doktorları Zakir Eminov və Yaqub Qəribov ona elmi məsləhətçi təyin olunublar.

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2021