“QARABAĞ - Zəfərə Gedən Yol” adlı elmi konfrans keçiriləcək 2021-08-07 13:50:00 / MÜHÜM HADİSƏLƏR

2021-ci il avqustun 27-də  İsveçin Göteborq şəhərində  “QARABAĞ - Zəfərə Gedən Yol” adlı XVII Beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbir AMEA  akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı, ELGER Beynəlxalq Elm Mərkəzi, Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı və  İsveçin Gothenburg Universitetinin dəstəyi ilə Zoom  platforması üzərindən baş  tutacaq.

Konfrans elmin bütün sahələrini əhatə edir: riyaziyyat və mexanika,  fizika və astronomiya, kimya, texnika elmləri, yer elmləri və coğrafiya, tibb və əczaçiliq elmləri, biologiya elmləri və aqrar elmlər, iqtisad elmləri, hüquq elmləri, fəlsəfə və sosiologiya, siyasi elmlər, psixologiya, tarix və antropologiya, hərb elmləri, filologiya elmləri, pedaqogika, sənətşünasliq və memarliq, jurnalistika.

Konfransın işçi dilləri: türk (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan türkcəsi), rus və ingilis dilləri.

Konfransda iştirak etmək istəyənlər məqalələrini yazı qaydalarına ciddi riayət etməklə, avqustun 18-dək [email protected]  poçt ünvanına göndərə bilərlər.

Qəbul edilən məqalələr avqustun 20-də elan ediləcək.

Ödəniş: tək müəllifli məqalə üçün: 50 AZN; (iki müəllif: 70 AZN; üç müəllif: 90 AZN).

Tel:+994 70 779 79 37(only WhatsApp); +90 536 880 00 23 (WhatsApp); +994 55 799 43 99 (WhatsApp)