AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbənin müdiri, dosent Mirnuh İsmayılov ETSN-nin AR Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 8.3-cü bəndinin icrası ilə bağlı keçirilmiş görüşdə iştirak edib.
Tədbirdə çıxış edən M.İsmayılov Azərbaycanda səhralaşmanın tədqiqi məqsədi ilə seçilmiş inzibati rayonların tam xarakterik əraziləri əhatə etmədiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu rayonların seçilməsində myəyyən düzəlişlər edilməlidir. Qəbələnin əvəzinə Şəki rayonunun seçilməsinin daha məqsədəuyğun olduğunu diqqətə çəkən alim eyni zamanda, Ağstafa və Naxçıvanın Culfa rayonlarının öyrənilməsini məsləhət görüb.
M.İsmayılov dünyada aktual olan iqlim dəyişmələri ilə bağlı səhralaşmanın genişlənməsinin təbii və antropogen amilləri və onların bu prosesin inkişafında roluna dair ətraflı məlumat verib.