AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun dissertantı Şakir Qabıssanlı Elm TV-yə tədqiq etdiyi Azərbaycan toponimləri haqqında müsahibə verib.
O, 2013-cü ildən toponimlərin tədqiqatı ilə məşğul olduğunu, həmin mövzuda iki kitabının çap edildiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda bir çox yer adları, hətta elə paytaxtımızın adı da zamanla təhriflərə uğrayıb və öz həqiqi mənasından uzaqlaşıb.
Ş.Qabıssanlı bildirib ki, 1923-cü ildə Moskvada “Qırmızı professorlar” cəmiyyəti yaradılmışdı ki, onun funksiyalarından biri türk xalqlarının tarixini saxtalaşdırmaq, türk abidələrini xristianlaşdırmaq və toponimləri sıradan şıxarmaq olub.