AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Həmkarlar Təşkilatının təşəbbüsü ilə Qarabağ qazisinin ailəsinə dəstək olublar.
Qazi Anar Məmmədzadənin anası ilə görüşən ziyarətçilər Vüsalə xanımdan oğlunun Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralandığını və hazırda xəstəxanada müalicə aldığını öyrəniblər. Anarla telefon əlaqəsi saxlayan qonaqlar onun qayğıları ilə maraqlanıb, onun kimi döyüşlərdə igidlik göstərən qəhrəman vətən övladları ilə qürur duyduqlarını bildiriblər və bütün qazilərimizin tezliklə sağlam həyata qovuşmalarını arzu ediblər.
Anar və anası onlara göstərilən diqqət və dəstəyə görə institut kollektivinə dərin minnətdarlığını bildiriblər. Ziyarətə gələnlər, öz növbəsində, Vətənin varlığı uğrunda canlarını qurban verməyə hazır olan igid oğullara, onların doğmalarına hər zaman borclu olduqlarını dilə gətiriblər.