AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev ATV-nin qonağı olub.
Canlı yayımlanan səhər verilişinə öz şəxsi kolleksiyasından qiymətli daşlardan nümunə gətirən alim təbiətdə mövcud olan daşların növündən, tərkibindən, insan həyatındakı rolundan, əhəmiyyətindən, dəyərindən və s. danışaraq maraqlı məlumatlar verib. Məsələn, mirvari, mərcan (karal), inci kimi canlı daşlardan söhbət açarkən R.Fətəliyev Filippində 27 kq ağırlığında və 90 milyon dəyərində qiymətləndirilən mirvarinin tapıldığını diqqətə çatdırıb.
Yerə yaxınlaşmaqda olan asteroidin nə dərəcədə təhlükəli olduğunu soruşan aparıcının sualına mütəxəssis cavab olaraq bildirib ki, Yer kürəsinə təhlükə törədə bilən ölçüdə asteroidin yerə düşməsi ehtimalı çox kiçikdir və bu, milyon ildən bir baş verə bilər. O eyni zamanda, Azərbaycan ərazisinə düşən meteoritlər haqqında da danışıb.
Sonda İnstitut əməkdaşı şəkillər əsasında insanların anadan olduqları aylara uyğun daşlar haqqında geniş məlumat verib.