AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov Xəzər dənizi səviyyəsinin düşməsi barəsində Xəzər Tv-yə müsahibə verib.
Alim bildirib ki, son 5 ildə Xəzər dənizinin aşağı enməsi prosesi daha da intensivləşib ki, bu da iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqədardır. Relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2,3,4 metr çəkilibsə, Nabranda bu, 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə çəkilmə daha yüksəkdir. Neftçala sahillərindən tutmuş, Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq bəzi yerlərdə 2 km-ə qədər geri çəkilib. Abşeron, Sumqayıt, Muxtadır qəsəbəsinədək olan sahələrdə çəkilmə özünü daha şiddətli biruzə verir. Kürdə baş verən məlum səbəblərdən çayın suyu bu il demək olar ki, Xəzərə çatmadı. Onsuz da az yağıntılı Xəzər regionunda yağışların miqdarının bir az da azalması dəniz suyunun azalmasında öz rolunu oynadı.
M.İsmayılovun sözlərinə görə su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha kəskin surətdə biruzə verəcək.