AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, b.ü.f.d. Şahvələd Əliyevin Respublika qəzetində “Fəxrimiz, şəhidimiz kiçik çavuş Rahib Hüseynov” adlı məqaləsi çap edilib.
Müəllif məqaləsində həmyerlisi, Füzuli torpağının yetirməsi kiçik çavuş Hüseynov Rahib İlham oğlunun doğulub boya-başa çatdığı kiçik vətəninin düşməndən azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmasından, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ordunun yüksək səviyyədə hazırlığından, düşmənin vəhşi xislətindən söhbət açıb. Ş.Əliyev qeyd edib ki, bir ziyalı kimi döğma kəndi Merdinlinin dirçəlişi üçün əlindən gələni edəcək. O eyni zamanda, şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə azad edilən hər bir kənddə onların adına küçələr, məktəblər, mədəniyyət evləri və xiyabanlar salınmasını təklif edib.