AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutnun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri c.ü.f.d., dos. Zaur İmrani noyabrın 5-də Azərbaycan Radiosu 105 FM-in “Soruşun cavab verək” verilişində “İşğal olunmuş və işğaldan azad edilmiş ərazilərimizin təbii-coğrafi və iqtisadi potensialı” adlı mövzunun müzakirəsində iştirak edib.
Alim regionun təbii və iqtisadi potenasialı barəsində fikirlərini bölüşüb, iqlim amili, faydalı qazıntılar, termal və mineral sular, antropogen turizm abidələri, sənaye, kənd təsərrüfatı, sosial infrastruktur sahələrinin gələcəkdə inkişaf etdirilməsi yollarından söz açıb. Verilişdə həmçinin, işğal olunmuş və işğaldan azad edilmiş ərazilərdə “Strateji inkişaf proqrmaqları”nın hazırlanması, onların mərhələli şəkildə həyata keçirilməsi kimi məsələlər müzakirə edilib, dinləyicilərin suallarına cavablandırılıb.