AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov "Azərbaycanda iqlim dəyişmələri nəticəsində sərtləşən təhlükəli hidrometeoroloji proseslərə qarşı erkən xəbərdarlıq xidmətlərinin genişləndirilməsi” layihəsi çərçivəsində keçirilən virtual görüşün iştirakçısı olub.
Uyğun dövlət idarələri, nazirlik və təşkilatların iştirak etdikləri tədbir Yaşıl İqlim Fonduna (GCF) təqdim edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nın Ətraf Mühıt Proqramı (UNEP) tərəfindən hazırlanan adı çəkilən layihə sənədində əks etdiriləcək fəaliyyətlərin əlaqələndirilməsi, aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərlə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə keçirilib.